Vəliev MMC Vəliev MMC
  • 570

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 11 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və Öhdəlikləri:

  • ERP-də uçot məlumatlarının düzgün əks etdirilməsini təmin edir.
  • Vergi və gömrük elektron sistemində lazımi əməliyyatların aparılmasını yerinə yetirir.
  • Satınalma əməliyyatlarının uçot və sənədləşmə işlərini həyata keçirir.
  • İdxal-ixrac əməliyyatlarının və bəyannamələrin qeydiyyatının aparılmasını təmin edir.
  • Kreditor borclarının uçotunu, sənədləşdirilməsini, dövri olaraq üzləşdirilməsini həyata keçirir və borcların icrasına nəzarət edir.
  • Xərclərin mühasibat uçotunda əks etdirilməsini, əsas vəsaitlərin uçotu və sənədləşdirilməsini yerinə yetirir.
  • Daxil olan e-qaimələr üzrə xərcin təyinatını və məbləğini təhlil edir, müvafiq təstiq bildirişindən sonra ödənilməsini (o cümlədən ƏDV ödənişini) yerinə yetirir.
  • İmzalı e-qaimələrin, invoysların, təhvil-təslim sənədlərinin, ödəniş qəbzlərinin qovluqlarda  saxlanmasını təmin edir.
  • Anbarlar üzrə mədaxil, məxaric və yerdəyişmə sənədlərinin proqram təminatında qeydiyyatını aparır.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
  • Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
  • Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək.

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü)
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily40
  • Weekly416
  • Monthly1103