Vəzifə və Öhdəlikləri:
- Satış əməliyyatlarının uçotunu və sənədləşdirilməsini həyata keçirtmək.
- Müştərilərə satılmış mallara görə hesab fakturalar, e-qaimələr tərtib etmək, Vergi sisteminə və Proqram təminatına işlənməsini təmin etmək.
- Anbarlar üzrə mədaxil, məxaric və yerdəyişmə sənədlərini proqram təminatında fakturalaşdırmaq.
- Gəlirlərin vaxtında və dəqiq uçotda əks etdirilməsini təmin etmək.
- Debitor borclarının uçotunu və sənədləşdirilməsini təmin etmək və borcların icrasına nəzarət etmək.
- Debitor borclarının dövri olaraq üzləşdirilməsini həyata keçirtmək.
- İdxal-ixrac əməliyyatlarının uçotunu təmin etmək.
- Əsas vəsaitlərin uçotu və sənədləşdirilməsini təmin etmək.
- Vergi və gömrük elektron sistemi ilə işləmək.
- Statistik hesabatları hazırlamaq.
- ERP-də uçot məlumatlarının düzgün əks etdirilməsini təmin etmək.
Tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
- Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
- Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
- Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək.
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü)
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.