Vəliev MMC Vəliev MMC
  • 1.1K

Təsərrüfat şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təsərrüfat şöbəsinin rəhbəri

  • Deadline 28 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və Öhdəlikləri:

  • Təsərrüfat işlərinin həyata keçirilməsinə nəzarət etmək.
  • Şöbənin idarə olunmasını yerinə yetirmək, tabeliyində olan işçi heyəti arasında iş bölgüsü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
  • Mətbəx üçün lazım olan və keyfiyyətli ərzaqların alınmasının təşkil etmək və bu barədə mühasibatlıq şöbəsinə hesabat təqdim etmək.
  • Təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunmasına nəzarət etmək.
  • Müəssisədə keçirilən təmizlik işlərinin gündəlik, həftəlik, aylıq planının hazırlanmasını təşkil etmək və prosesin nəzarətdə saxlanılmasını təmin etmək.
  • Otaqların vəziyyətinə nəzarət etmək, otaqlarda lazımi təmir işlərinin vaxtında aparılması üçün təkliflər vermək, müəssisənin ümumi ərazisinin abadlıq işlərinə daim nəzarət etmək, ərazinin yaşıllaşdırma və estetik görünüşü üçün rəhbərliyə təkliflər vermək. 
  • Xidməti ezamiyyətə gələn nümayəndə heyətinin və ya qonaq qismində dəvət edilən yerli və xarici şəxslərin qarşılanmasını, qəbulunu və  bununla bağlı digər xitmətlərin göstərilməsini yüksək səviyyədə təşkil etmək. 
  • İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək, təsərrüfat anbarının işini təşkil etmək  və nəzarət etmək.
  • İstehsal tullantılarının müəssisədən çıxarılması və uyğun yerə daşınması prosesini təşkil etmək.
  • Bazardan təcili alınmalı olan malların sifarişini vaxtında vermək və təhvil alınmasını yerinə yetirmək.
  • Ərzaq məhsullarının saxlanması şəraitinin standartlara uyğun olmasını təmin etmək, çatışmazlıqların aradan qaldırılması istiqamətində vaxtında tədbir görmək.
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Azərbaycan dilində səlist danışmaq (türk, rus, ingilis dillərini bilmək əlavə üstünlükdür)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ofis proqramlarında işləyə bilmək bacarığı;
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
  • Çevik, operativ və təşəbbüskar olmalı;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Təsərrüfat şöbəsinin rəhbəri" qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily8
  • Weekly580
  • Monthly1884