Velocis Solutions Velocis Solutions
  • 674

Velocis Solutions

Mühəndislik , Peşəkar xidmətlər

Təlim üzrə Koordinator/ Sumqayıt

  • Deadline 3 Mart 2026

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri, Mərkəz Plaza
  • İş qrafiki: Tam ştat
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Vəzifənin məqsədi:

Təlim materiallarının hazırlanması və təlimlərin təşkili prosesini koordinasiya etmək: təlim mövzularının planlanması, müəllim və təlimçilərlə işləyərək materialların yoxlanması və yekunlaşdırılması.

Əsas vəzifə öhdəlikləri:

  • Təlim layihələrinin planını hazırlamaq, mərhələləri izləmək və prosesi idarə etmək
  • Təlim kontentinin hazırlanmasını koordinasiya etmək: mövzu strukturu, dərs axını, modul planı
  • Müəllim və təlimçilərlə əməkdaşlıq etmək, onların rəylərini toplamaq və düzəlişləri tətbiq etmək
  • Təlimlərə qeydiyyat keçən tələbələrlə əlaqə yaratmaq, təlim prosesini izləmək
  • Proses boyunca hesabat vermək: görülən işlər, risklər, ehtiyaclar

Namizəddən tələblər:

  • Ali təhsil (üstünlük: pedaqogika, filologiya, kommunikasiya, biznes və s.)
  • Güclü yazı və redaktə bacarığı (İngilis dili üstünlükdür)
  • Yüksək məsuliyyət, diqqətlilik, deadline-lara əməl etmə
  • Komanda ilə ünsiyyət və koordinasiya bacarığı

Üstünlük hesab edilən bacarıqlar:

  • Instructional design anlayışı (məqsəd–məzmun–tapşırıq əlaqəsi)
  • Təlim/kurs kontenti, layihə koordinasiyası, editorial və ya kontent idarəetməsi sahəsində təcrübə 
  • Texniki mövzularda kontent hazırlama təcrübəsi (məs: mühəndislik, maliyyə, IT və s.)

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.

  • Daily129
  • Weekly409
  • Monthly416