Vertex Vertex
  • 298

Komandamıza peşəkar və təcrübəli Layihə üzrə koordinator / Sahə Nəzarətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza peşəkar və təcrübəli Layihə üzrə koordinator / Sahə Nəzarətçisi

  • Deadline 14 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Elektrik və mexaniki işlərin yerində baxışının keçirilməsi və qiymətləndirilməsi;
  • Smetaların tərtib edilməsi və hazırlanması;
  • Sifarişçilərdən daxil olan sorğuların qiymətləndirilməsi və tələb olunan işçi qüvvəsinin müəyyənləşdirilməsi;
  • Layihə sahəsində işlərin düzgün, keyfiyyətli və təhlükəsiz şəkildə icra olunmasına nəzarət edilməsi;
  • İşçilərin gündəlik fəaliyyətinin izlənilməsi və koordinasiya edilməsi;
  • Layihə planına uyğun olaraq iş qrafikinin icrasının təmin edilməsi;
  • Təchizat, material və avadanlıqların vaxtında çatdırılmasına və düzgün istifadəsinə nəzarət edilməsi;
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Müştərilərlə davamlı ünsiyyətin və layihə üzrə koordinasiyanın təmin edilməsi;
  • Müştəri və rəhbərlik üçün gündəlik hesabatların hazırlanması;
  • Layihə sahəsində yaranan problemlərin və gecikmələrin vaxtında müəyyən edilərək həll olunması.

Tələblər:

  • Müvafiq vəzifə üzrə 8–10 il iş təcrübəsi;
  • Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır;
  • Sahə üzrə müvafiq sertifikatların olması üstünlükdür;
  • MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD biliyi üstünlükdür;
  • Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı;
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik;
  • Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
  • İş qrafiki: həftənin 5 günü, 08:00–17:00;
  • İş yeri: Bakı-Salyan yolu.

Təklif Edirik:

  • Vəzifə üzrə əmək haqqı 2000 AZN+ KPİ bonus sistemi
  • Rəsmi əmək müqaviləsi
  • İş şəraitinə uyğun avadanlıq və dəstək
  • Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar.
  • Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi

Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Layihə üzrə koordinator/Sahə Nəzarətçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly139
  • Monthly1236