MDB (CIS) regionunda polimer məhsulları üzrə yeni biznes imkanlarının araşdırılması və inkişaf etdirilməsi, həmçinin Veser şirkətinin müştəri portfelinin genişləndirilməsi və yeni müştərilərin cəlb olunmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil (üstünlük mühəndislik sahəsinə verilir)
- Kimyəvi xammalların, xüsusilə Plastik Aşqarları (Plastic Additives) məhsul qrupunun satışında minimum 3 il təcrübə
- Rus dilini yaxşı səviyyədə bilməsi (yazılı və şifahi), ingilis dili biliyinə üstünlük verilir
- MS Office proqramlarında və CRM sistemlərində işləmək bacarığı
- Güclü kommunikasiya, planlaşdırma və problem həll etmə bacarıqları
- Ezamiyyət və səfərlər üçün məhdudiyyətin olmaması
- Etibarlı sürücülük vəsiqəsinin olması
Vəzifə öhdəlikləri
- Satış və marketinq fəaliyyətlərinin həyata keçirilməsi
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinə nail olunması
- Mövcud müştərilərə müntəzəm səfərlərin həyata keçirilməsi və müştəri görüşləri üzrə hesabatların hazırlanması
- Yeni müştərilərin və biznes imkanlarının araşdırılması və cəlb edilməsi
- Bazar və rəqib analizlərinin aparılması və nəticələrin hesabat şəklində təqdim edilməsi
- Mühasibatlıq, idxal və kredit risklərinin idarə olunması kimi müxtəlif şöbələrlə koordinasiyalı şəkildə komanda üzvü kimi fəaliyyət göstərilməsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.