Biznes və Maliyyə Analitiki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes və Maliyyə Analitiki

  • Deadline 3 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Veysəloğlu Əmlak MMC şirkəti Biznes və Maliyyə  Analitiki  vakansiyasını açıq elan edir.

Namizədə tələblər

  • Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil.
  • IFRS üzrə yaxşı nəzəri və praktiki biliklər.
  • ACCA sertifikatlarının olması və ya ACCA proqramında aktiv təhsil alması üstünlükdür.
  • Güclü akademik baza və analitik düşüncə qabiliyyəti.
  • Maliyyə sahəsində minimum 1–1,5 il iş təcrübəsi.
  • İş təcrübəsinin ən azı beynəlxalq və ya yerli auditdən mütəmadi keçən (audit olunan) şirkətlərdə əldə olunması.
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə ilkin praktiki təcrübə.
  • Excel proqramını yüksək səviyyədə bilməsi (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query və s. üstünlükdür).
  • Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olması.

Vəzifə öhdəlikləri

  • Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.
  • Layihələr üzrə büdcələrin, forecast-ların və faktiki nəticələrin təhlilini aparmaq.
  • Layihə rentabelliyi, xərc strukturu və maliyyə göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq.
  • IFRS tələblərinə uyğun uçotun qurulması və tətbiqi prosesində iştirak etmək.
  • Yeni mühasibat uçotu siyasətlərinin və prosedurlarının hazırlanmasına dəstək vermək.
  • ERP sisteminin maliyyə modulunun qurulması və biznes proseslərinin xəritələndirilməsi layihələrində iştirak etmək.
  • Maliyyə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün nəzarət prosedurlarını dəstəkləmək.
  • Müqavilələr, investisiya layihələri və digər biznes təşəbbüsləri üzrə maliyyə təhlilləri hazırlamaq.
  • NPV, IRR, Payback Period və digər investisiya göstəricilərinin hesablanmasında iştirak etmək.
  • Büdcə, xərc nəzarəti və pul vəsaitlərinin planlaşdırılması proseslərinə dəstək vermək.
  • Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq.
  • Maliyyə məlumatlarının avtomatlaşdırılması və analitik hesabatlılığın təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək.
  • Rəhbərlik üçün operativ və strateji qərarların qəbulunu dəstəkləyən təqdimatlar və analitik materiallar hazırlamaq.
  • CFO tərəfindən verilən digər maliyyə, analitika və transformasiya layihələrini icra etmək.

İş Şərtləri

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Razılaşma əsasında
  • Beynəlxalq Sertifikatların alınmasında tam maddı dəstək
  • İş rejimi: 5 gün (Həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis xidməti Mövcuddur

Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Biznes və Maliyyə Analitiki” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly103
  • Monthly120