Analitika və hesabatvermə üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Analitika və hesabatvermə üzrə mütəxəssis

  • Истекает 22 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə funksiyaları: 

 

  • Ay ərzində reallaşan kampaniyaların sistemə daxil edilməsini həyata keçirmək;
  • Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək;
  • Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlamaq;
  • Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək;
  • Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • Malların qiymətlərinin dəyişdirilməsi və təyin edilməsi;

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Marketinq və satış sahəsi üzrə minimum 2 illik iş təcrübəsi,
  • Azərbaycan və rus dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
  • Nahar ilə təmin edilmə 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və hesabatvermə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

  • Daily0
  • Weekly401
  • Monthly0