Vəzifə funksiyaları:
- Ay ərzində reallaşan kampaniyaların sistemə daxil edilməsini həyata keçirmək;
- Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək;
- Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlamaq;
- Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək;
- Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Malların qiymətlərinin dəyişdirilməsi və təyin edilməsi;
Vəzifə tələbləri:
- Ali təhsil
- Marketinq və satış sahəsi üzrə minimum 2 illik iş təcrübəsi,
- Azərbaycan və rus dillərində sərbəst bilmək;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və hesabatvermə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.