"Veysəloğlu" MMC Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktorluğunun Ticari Marketinq Bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Eninə 2
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Tələblər:
- Ali Təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Rus dili biliyi üstünlükdür
Vəzifə öhdəlikləri:
- Ay ərzində reallaşan kampaniyaların sistemə daxil edilməsini həyata keçirmək;
- Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək;
- Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlamaq;
- Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək;
- Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Satış üzrə hesabatlar və analiz yaradılması;
- Yeni məhsulların təsdiqi;
- Mallara yetki kontrol edilməsi;
- Malların qiymətlərinin dəyişdirilməsi və təyin edilməsi;
- Xərclər üçün EBA yazılması.
- “Modern trade kanalına göndəriləcək təklifləri yoxlayaraq, onların verilmiş büdcə çərçivəsində olub-olmadığını təsdiqləmək.”
- Qiymət dəyişiklikləri zamanı şəbəkələrə məlumatın vaxtında çatdırılması və bu prosesə nəzarət;
- Şəbəkələrdən qiymət fərqləri ilə bağlı məlumat daxil olduqda, həmin fərqlərin səbəblərinin araşdırılması və bu kimi halların qarşısının alınması;
- Xərclərin idarə olunması və nəzarətdə saxlanılması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.