Aparıcı Biznes Analitik

  • Deadline 23 October 2025

Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/Biznes Analitika şöbəsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə funksiyaları: 

  • Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
  • Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
  • Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
  • Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
  • Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
  • Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
  • Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi;

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
  • Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
  • SQL bilikləri (Oracle SQL arzuolunandır);
  • SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
  • İngilis və rus dilləri arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmək bacarığı;

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Biznes Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

  • Daily120
  • Weekly602
  • Monthly2470