Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsi
Vəzifə öhdəlikləri:
- Şirkətin və onun brend standartlarına uyğun reklam, sosial media və çap materiallarının yüksək keyfiyyətlə hazırlanması;
- Kreativ konseptlərin işlənməsi və funksional vizual həllərə çevrilməsi;
- Korporativ və marketinq materiallarının dizaynının hazırlanması və müxtəlif platformalara uyğun adaptasiyası;
- Layihələrin müəyyən edilmiş müddətlərdə, yüksək keyfiyyət standartlarına uyğun icra edilməsi;
- Komanda üzvləri və aidiyyəti struktur bölmələrlə effektiv koordinasiyanın təmin edilməsi;
- Vizual materialların keyfiyyətinə nəzarətin həyata keçirilməsi və yekun təqdimata tam hazır vəziyyətə gətirilməsi;
- Eyni vaxtda bir neçə dizayn layihəsinin planlı şəkildə idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi.
Vəzifə tələbləri:
- Qrafik dizayn, rəssamlıq və ya müvafiq sahə üzrə ali təhsil;
- Dizayn sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və rus dilləri arzuolunandır.
- CorelDRAW, Adobe Auto Effects, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst və peşəkar işləmə bacarığı;
- MS Office proqramları üzrə baza bilikləri;
- Güclü kreativ düşünmə və vizual həllərin hazırlanması bacarığı;
- Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətli iş yanaşması;
- Tapşırıqları vaxtında və prioritetlərə uyğun şəkildə icra etmə bacarığı;
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.