Aparıcı Dizayner

  • Истекает 14 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsi

Vəzifə öhdəlikləri:

  • Şirkətin və onun brend standartlarına uyğun reklam, sosial media və çap materiallarının yüksək keyfiyyətlə hazırlanması; 
  • Kreativ konseptlərin işlənməsi və funksional vizual həllərə çevrilməsi; 
  • Korporativ və marketinq materiallarının dizaynının hazırlanması və müxtəlif platformalara uyğun adaptasiyası; 
  • Layihələrin müəyyən edilmiş müddətlərdə, yüksək keyfiyyət standartlarına uyğun icra edilməsi; 
  • Komanda üzvləri və aidiyyəti struktur bölmələrlə effektiv koordinasiyanın təmin edilməsi; 
  • Vizual materialların keyfiyyətinə nəzarətin həyata keçirilməsi və yekun təqdimata tam hazır vəziyyətə gətirilməsi; 
  • Eyni vaxtda bir neçə dizayn layihəsinin planlı şəkildə idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi.

Vəzifə tələbləri:

  • Qrafik dizayn, rəssamlıq və ya müvafiq sahə üzrə ali təhsil; 
  • Dizayn sahəsində minimum 2 il peşəkar iş təcrübəsi; 
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və rus dilləri arzuolunandır.
  • CorelDRAW, Adobe Auto Effects, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst və peşəkar işləmə bacarığı; 
  • MS Office proqramları üzrə baza bilikləri; 
  • Güclü kreativ düşünmə və vizual həllərin hazırlanması bacarığı; 
  • Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətli iş yanaşması;
  • Tapşırıqları vaxtında və prioritetlərə uyğun şəkildə icra etmə bacarığı;

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily1
  • Weekly418
  • Monthly1802