Data mühəndisi

  • Deadline 11 Avqust 2025

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda, "Data Mühəndisi" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə öhdəlikləri:

  • Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
  • Şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək;
  • Daxili və xarici sistemlərin məlumatlarının yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılmasında və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Statistik məlumatların toplanılması istiqamətində təkliflər hazırlamaq və icrasında iştirak etmək;
  • Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatlarının inteqrasiyasında iştirak etmək;
  • Şirkətin BI analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin etmək;
  • Şirkətin daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməklik göstərmək;
  • Məlumat anbarının (DataWarehouse) formalaşdırılmasında və OLAP (online analytical processing) sistemin qurulmasında iştirak etmək;
  • Məlumat anbarının dayanıqlı işləməsinə və məlumatların etibarlı saxlanılmasına nəzarət etmək;
  • Məlumatların çıxarılması, transformasiyası və toplanılması (ETL) prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;
  • Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin etmək;
  • BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək;
  • Bİ layihələrində kənar dəstək şirkətlərini tələb olunan məlumatlarla təmin etmək;
  • ETL (extract, Transform, Load) paketlərini formalaşdırmaq, dəyişikliklərini yerinə yetirmək
  • Bİ sistemlərinin işini monitorinq etmək;
  • Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi
  • Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması)
  • Analitik modelin hazırlanması, inkişafı və saxlanılması
  • Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi
  • DAX üzrə biliklər
  • Power BI üzrə təcrübə
  • BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi
  • Microsoft Fabric üzrə biliklər (Təcrübə üstünlükdür)

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Vaxtın idarə edilməsi bacarığı.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisi”  qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily28
  • Weekly28
  • Monthly1201