Funksiya: Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğu / Biznes Analitika şöbəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Analitik modelin hazırlanması, inkişafı və saxlanılması.
- Şirkətin Bİ analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin edilməsi.
- Data Mart/Data Warehouse və ümumi Bİ mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi.
- ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi.
- Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin edilməsi.
- Bİ alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi.
- BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək
Tələblər:
- Müvafiq sahələr üzrə ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Kompüter Elmləri, Məlumat Analitikası və s.);
- Data mühəndisliyi və ya məlumat analitikası sahəsində minimum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi texniki səviyyədə;
- Power BI üzrə təcrübə (məlumatların vizuallaşdırılması və biznes analitikası);
- SQL Server\T-SQL üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması);
- DAX üzrə biliklər (data analitikası və hesabatlar üçün);
- Microsoft Fabric təcrübəsi (böyük həcmli məlumatların emalı);
- ETL və DWH üzrə biliklər və təcrübə (məlumat axınlarının idarə edilməsi və məlumat anbarı strukturlarının qurulması).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data mühəndisi” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.