İT Biznes Analitik

  • Deadline 16 Mart 2026

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda "İT Biznes Analitik" vakansiyasını elan edir. 

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən edir, tələbləri formalaşdırır və təhlilləri həyata keçirir.
  • Funksional testləri yerinə yetirir və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak edir.
  • Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlayır və təlimləri keçirir.
  • Təhkim edilmiş layihələr və sistemlərin “SWOT” təhlilini (sistemin güclü və zəif tərəflərinin müəyyən edilməsi) aparır və nəticələrinə dair təkliflər hazırlayır.
  • Təhlil edilmiş layihələrin iş axınlarını hazırlayır.
  • Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya edir, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirir.
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.

Tələblər:

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə təhsil.
  • IT Biznes Analitik vəzifəsində ən azı 2+ il iş təcrübəsi.

Analitik bacarıqlar.

  • Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər arzuolunandır.
  • Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
  • SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə bilik arzuolunandır.
  • Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İT Biznes Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily117
  • Weekly117
  • Monthly1413