Kateqoriya Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya Meneceri

  • Deadline 10 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Veysəloğlu" MMC Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluqda, Makaron və ədviyyat məhsulları üzrə "Kateqoriya Meneceri" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Marketinq büdcəsini formalaşdırılmasında iştirak etmək;
  • Hər çeşid üçün gəlir faizi proqnozlarını təmin etmək (satış qiyməti-satınalma maya dəyəri);
  • Təyin olunmuş boş kateqoriyalarda və ya bazarda satış həcmi qazanıla biləcək Fabrik araşdırmalarını aparmaq;
  • Vaxtı çatan çeşidlərə qiymət dəyərləndirilməsi etmək (Rəqib aktiventləriylə və satınalma qiymətləri ilə müqayisə etmək, aktiv bir çeşid qiyməti arxivi tutmaq və qiymət yenilənmələrini aylıq rəsmi toplantılarda qabaqcadan xəbər vermək);
  • Satınalma şöbəsinə satış proqnozları vermək, stokların kontrol edilməsinə nəzarət etmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə kordinasiyanı təşkil etmək;
  • Şirkət strategiyasına uyğun partnyorlar ilə biznes əlaqələrinin qurulması və idarə olunmasını təmin etmək;
  • Şirkətin prinsiplərinə uyğun olaraq kreditor borclarını idarə etmək;
  • Marketinq strategiyasına uyğun olaraq yaranan təklifləri dəyərləndirib təmin etmək (yeni çeşid, yeni fabrik);
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
  • Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər ay üzrə hesabatı Departament Müdirinə təqdim etmək;
  • Vəzifəsinə uyğun işin keyfiyyətini artırmaq məqsədilə yeni təklif və fikirləri hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Bazarın monitorinq və təhlili fəaliyyətlərini icra etmək, rəqabət mühitini öyrənmək;
  • Satış planının həyata keçirilməsini təmin etmək;
  • Şirkətin mövcud olan daxili prosedur və qaydalarına uyğun işləri təşkil etmək;
  • İdarə  etdiyi məhsul kateqoriyasının hədəfinə çatmasını təmin etmək;
  • Şirkətin satış siyasətinə uyğun idarə etdiyi kateqoriya üzrə  məhsulların çeşidliliyi, qiyməti, mənfəəti və satış həcmini planlamaq və bununla bağlı işləri idarə etmək və təqib etmək;
  • Şirkətin satış siyasətinə uyğun kateqoriya üzrə  məhsulları dəyərləndirmək;
  • İdarə  etdiyi məhsul kateqoriyasının inkişaf planlarının hazırlanmasını koordinasiya etmək və bununla bağlı işlərin həyata keçirilməsini idarə etmək;
  • Mütəmadi bazar araşdırmaları aparmaq, rəqiblər və onların fəaliyyəti haqqında məlumat etmək, mağaza müdirləri ilə görüşlər keçirmək, onların istəklərini təyin edərək satışların artırılmasına dair tədbirlər planı hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;
  • Nəzarətində olduğu məhsulların mağazalar üzrə alışı,satışı prosesinə nəzarət, mal qalığının idarə olunması, firmalardakı aktiv kampaniyaların dəyərləndirilməsi və tətbiqini  həyata keçmək;
  • Bazar payı üçün plan qoyulması - ümumi və mağaza kateqoriyası /çeşid kateqoriyasına nəzarət etmək;
  • Kar Faizi proqnozlarına nəzarət etmək (satış qiyməti -satınalma maya dəyəri);
  • Yayılım və bazar payı üçün hərəkət planlarını təmin etmək və plana nəzarət etmək;
  • Firmalarla müqavilələrin müzakirəsi ve imzalanması, müqavilələr üzrə vitrin bölgüsünün təmin edilməsini həyata keçirmək;
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya qaydalarına riayət etmək;
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Bazar analizləri etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kateqoriya Meneceri” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily114
  • Weekly284
  • Monthly1934