İş şəraiti
- Funksiya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
- Anbara qəbul olunan məhsulların yoxlanılması və düzgün saxlanılmasına nəzarət etmək;
- Məhsullar üzrə təmizləmə, qablaşdırma və çəkilmə proseslərini həyata keçirmək;
- Məhsulların keyfiyyət göstəricilərini mütəmadi izləmək və aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Görülən işlər üzrə gündəlik və dövri hesabatların hazırlanmasını təmin etmək;
- İş prosesində sanitariya, təhlükəsizlik və daxili prosedur qaydalarına riayət etmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə təhsil (texniki və ya peşə-ixtisas təhsili arzuolunandır);
- Anbar, istehsalat və ya keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi üstünlükdür;
- Yüksək diqqətlilik, məsuliyyətlilik və intizamlı yanaşma;
- Sanitariya, təhlükəsizlik və daxili prosedur qaydalarına ciddi riayət;
- Operativ qərarvermə və problem həll etmə bacarığı.
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə dəstək işçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.