Laboratoriya üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Laboratoriya üzrə mütəxəssis

  • Deadline 8 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sınaq Laboratoriyası şöbəsində “Laboratoriya üzrə mütəxəssis” vakansiyasını elan edirik. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə öhdəlikləri:

  • Laboratoriyada yerləşən avadanlıqlarla AZS, ГОСТ, ISO və digər müvafiq standartlara əsaslanaraq analizlərin aparılması;
  • Təhlil üçün lazım olan məhlulların və qarışıqların hazırlanması və düzgün saxlanılması;
  • İstifadə edilən cihazların texniki qulluğunun həyata keçirilməsi və təmiz saxlanılması;
  • İş yerinin gigiyenik və texniki baxımdan təhlükəsiz və işə hazır vəziyyətdə saxlanılması;
  • Təhlükəsizlik, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
  • Aylıq, rüblük və illik dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Laboratoriyada aparılan sınaqlar zamanı uyğunsuzluqlar müşahidə edildikdə prosesi dayandırmaq və rəhbərliyə məlumat vermək;
  • Laboratoriyalararası müqayisəli analizlərin planlanmasında və icrasında iştirak etmək;
  • Müqayisəli analiz nəticələrinə əsaslanaraq hesabatların hazırlanması və təqdim olunması;
  • Ölçmə və analiz metodlarının araşdırılması, yeni metodların tətbiqi üzrə tövsiyələrin verilməsi;
  • Avadanlıq və reaktivlərlə təminat vəziyyətinin izlənməsi, çatışmazlıqlar haqqında hesabatların hazırlanması;
  • Sınaqların nəticələrinin izlənəbilənlik prinsipi üzrə tam sənədləşdirilməsi və arxivləşdirilməsi.

Tələblər:

Təhsil:

  • Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.

Təcrübə:

  • Ən azı 2 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).

Dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə;
  • İngilis və rus dilləri – arzuolunandır.

Kompüter bilikləri:

  • MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.

Texniki və normativ biliklər:

  • Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
  • ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
  • Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
  • Analitik düşüncə və çevik qərarvermə bacarığı;
  • Sanitariya və ekoloji təhlükəsizlik normalarına uyğun fəaliyyət göstərmək bacarığı.

Sertifikatlar:

  • ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).

Xüsusi şərtlər:

  • Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Laboratoriya üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly251
  • Monthly802