İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod açmaq
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatları sistemə daxil etmək
- Əsas vəsaitləri cari (3 aydan bir ), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitləri məsul şəxslərə akt şəklində təhvil vermək .
- Əsas vəsaitləri onların sistemdəki koduna görə barkodlamaq .
- Əsas vəsaitlər üzrə yerdəyişməni nəzarət etmək ,hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək .
- Müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə veriməsi üzrə nəzarət .
- Təmirə ehtiyac olunan əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək
- İşdən çıxan əməkdaşların adında olan vəsaitlərin yoxlanması və təhvil alınması .
- Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və informasiyalarının hazırlanması.
Tələblər:
- Ali təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznes idarəçiliyi və ya əlaqəli ixtisaslar.
- İş təcrübəsi: 1 – il maddi vəsaitlərin uçotu, təchizat və ya mühasibatlıq sahəsində təcrübə tələb olunur.
- ERP sistemləri (SAP və ya digər resurs idarəetmə proqramları) ilə işləmək bacarığı
- Maddi resursların uçotu və idarə edilməsi prinsipləri (mal-material, inventar, ehtiyat və aktivlərin izlənməsi).
- Təchizat və anbar idarəçiliyi haqqında biliklər (sifariş, qəbul, saxlanma, paylama prosesləri).
- Maliyyə və mühasibat uçotu haqqında əsas anlayışlar (xüsusilə aktivlərin dəyər hesablanması və amortizasiya prinsipləri)
Şəxsi keyfiyyətlər
- Dəqiqlik və məsuliyyətlilik
- Analitik və sistemli düşüncə
- Güclü təşkilatçılıq və vaxt idarəetməsi
- Komanda ilə işləmək bacarığı
- Şəffaflıq və etik davranış
- Problemləri proaktiv şəkildə həll etmə bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Şirkət nömrəsi ilə təmin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maddi Vəsaitlər üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.