Maddi Vəsaitlər üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maddi Vəsaitlər üzrə Mütəxəssis

  • Deadline 22 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod açmaq 
  • Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatları sistemə daxil etmək 
  • Əsas vəsaitləri cari (3 aydan bir ), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitləri məsul şəxslərə akt şəklində təhvil vermək .
  • Əsas vəsaitləri onların  sistemdəki koduna görə barkodlamaq .
  • Əsas vəsaitlər üzrə yerdəyişməni nəzarət etmək ,hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək .
  • Müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə veriməsi üzrə nəzarət .
  • Təmirə ehtiyac olunan əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək
  • İşdən çıxan əməkdaşların adında olan vəsaitlərin yoxlanması və təhvil alınması .
  • Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və informasiyalarının hazırlanması.

Tələblər:

  • Ali təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznes idarəçiliyi və ya əlaqəli ixtisaslar.
  • İş təcrübəsi: 1 – il  maddi vəsaitlərin uçotu, təchizat və ya mühasibatlıq sahəsində təcrübə tələb olunur.
  • ERP sistemləri (SAP və ya digər resurs idarəetmə proqramları) ilə işləmək bacarığı
  • Maddi resursların uçotu və idarə edilməsi prinsipləri (mal-material, inventar, ehtiyat və aktivlərin izlənməsi).
  • Təchizat və anbar idarəçiliyi haqqında biliklər (sifariş, qəbul, saxlanma, paylama prosesləri).
  • Maliyyə və mühasibat uçotu haqqında əsas anlayışlar (xüsusilə aktivlərin dəyər hesablanması və amortizasiya prinsipləri)

Şəxsi keyfiyyətlər

  • Dəqiqlik və məsuliyyətlilik
  • Analitik və sistemli düşüncə
  • Güclü təşkilatçılıq və vaxt idarəetməsi
  • Komanda ilə işləmək bacarığı
  • Şəffaflıq və etik davranış
  • Problemləri proaktiv şəkildə həll etmə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Şirkət nömrəsi ilə təmin olunur.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maddi Vəsaitlər üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily19
  • Weekly266
  • Monthly1305