Marka Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marka Meneceri

  • Deadline 10 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Veysəloğlu" MMC Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluqda, Bondulle məhsulları üzrə "Marka Meneceri" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək;
  • Hər marka kateqoriyası içərisində çeşidləri kateqoriyalara ayırmaq və pozisiyaya görə harada satılması lazım olduğunu müəyyən etmək (Minimarket, Supermarket və s.)
  • Hər çeşid qrupunu kateqoriyalara ayırmaq / hər bir çeşidin gücünü və rəqiblər qarşısındakı mövqeyini aşkar etmək;
  • Yeni çeşidlərin artırılmasını təmin etmək;
  • Müştəri ehtiyaclarını izləmək;
  • Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək;
  • Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək;
  • Araşdırma üçün ehtiyacları müəyyənləşdirmək;
  • Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək ( qutu ölçüləri, çeşidlər və s.)
  • Mağaza araşdırmasını həyata keçirmək;
  • Müştəri ehtiyaclarına bağlı olaraq mağazalardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)
  • Çeşidlərin satış ömrünün idarə olunması həyata keçirmək;
  • Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking)
  • Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək;
  • Yayım işlərini bölgə və mağaza tipinə görə idarə etmək və istiqamətləndirmək;
  • Satış kollektivi ilə birlikdə yayım işləri yerlərini dəyərləndirmək;
  • Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq;
  • Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək;
  • Hər çeşidə uyğun olaraq xüsusi marketinq planlarını və kampaniyaları təyin etmək;
  • Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə kordinasiyanı təşkil etmək;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Şirkət strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək;
  • Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər ay üzrə hesabatı Şöbə müdirinə təqdim etmək;
  • Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək;
  • Əmək və nizam-intizam qaydalarına riayət etmək;
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Bazar analizləri etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka Meneceri” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily69
  • Weekly347
  • Monthly1990