"Veysəloğlu" MMC Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluqda, Bondulle məhsulları üzrə "Marka Meneceri" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Marka Kateqoriyası içərisində əhatəli bir çeşid siyahısı tərtib etmək və təqib etmək;
- Hər marka kateqoriyası içərisində çeşidləri kateqoriyalara ayırmaq və pozisiyaya görə harada satılması lazım olduğunu müəyyən etmək (Minimarket, Supermarket və s.)
- Hər çeşid qrupunu kateqoriyalara ayırmaq / hər bir çeşidin gücünü və rəqiblər qarşısındakı mövqeyini aşkar etmək;
- Yeni çeşidlərin artırılmasını təmin etmək;
- Müştəri ehtiyaclarını izləmək;
- Çeşid siyahısındakı boşluqların aşkarlanmasını həyata keçirmək;
- Alıcılar və onların ehtiyaclarının araşdırılmasını təmin etmək;
- Araşdırma üçün ehtiyacları müəyyənləşdirmək;
- Mövcud çeşidlər üçün alıcı ehtiyaclarını müəyyənləşdirmək ( qutu ölçüləri, çeşidlər və s.)
- Mağaza araşdırmasını həyata keçirmək;
- Müştəri ehtiyaclarına bağlı olaraq mağazalardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)
- Çeşidlərin satış ömrünün idarə olunması həyata keçirmək;
- Bazar yayımı və müqayisəsini həyata keçirmək (Benchmarking)
- Bazar yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), mağazaların və mağazalarda olan çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək;
- Yayım işlərini bölgə və mağaza tipinə görə idarə etmək və istiqamətləndirmək;
- Satış kollektivi ilə birlikdə yayım işləri yerlərini dəyərləndirmək;
- Mağazalarda çeşid yayımını artırmaq üçün hərəkət planları hazırlamaq;
- Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək;
- Hər çeşidə uyğun olaraq xüsusi marketinq planlarını və kampaniyaları təyin etmək;
- Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə kordinasiyanı təşkil etmək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Şirkət strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək;
- Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər ay üzrə hesabatı Şöbə müdirinə təqdim etmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
- Bazar analizləri etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka Meneceri” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.