İnformasiya Texnologiyaları Direktorluğunda, "Risklərin İdarəedilməsi üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edirik.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq İT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- İT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
- İT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- İT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş fövqəladə İT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fəlakətdən bərpa planının hazırlanmasında iştirak etmək;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliklərin idarə olunması prosesində iştirak;
- Şirkətin tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
- İT risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi
- Arzu olunan sertifikatlar: CRISC, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer, CompTIA Security+.
- ISO 27001, COBIT, NIST və ya oxşar İT idarəetmə və təhlükəsizlik çərçivələri üzrə bilik və tətbiq təcrübəsi
- Rəqəmsal biznes proseslərinin təhlili, informasiya sistemlərinin audit və yoxlanılması üzrə praktiki təcrübə
- Məlumatların toplanması, statistik və keyfiyyət göstəricilərinin analizi, risk xəritələrinin və hesabatların hazırlanması üzrə analitik bacarıq
- Müxtəlif departament və komandalarla effektiv ünsiyyət, məsləhətçilik və təlim keçmə bacarığı
- İngilis dili üzrə aktiv oxuma, yazma və danışıq bacarığı
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Risklərin İdarəedilməsi üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət Et dyüməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.