Funksiya: Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktorluğu/İT, Data və Proqramların Təkmilləşdirilməsi Departamenti/İT Biznes Analitika Şöbəsi
Əsas vəzifə öhdəlikləri:
- Biznes proseslərinin təhlili və avtomatlaşdırılması üçün uyğun həllərin hazırlanması;
- UiPath vasitəsilə RPA botlarının dizaynı, inkişafı və tətbiqi;
- Mövcud botların dəstəklənməsi və optimallaşdırılması;
- Biznes bölmələri ilə tələblərin toplanması və texniki həllərə çevrilməsi;
- Test və UAT proseslərinə dəstək verilməsi;
- API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi;
- Texniki sənədləşdirmənin aparılması və hesabatların hazırlanması;
- İnformasiya təhlükəsizliyi və audit tələblərinə uyğunluğun təmin edilməsi.
Vəzifə tələbləri:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- RPA sahəsində minimum 1 il iş təcrübəsi və 3–5 RPA bot layihəsində iştirak təcrübəsi;
- Biznes proseslərinin analizi və avtomatlaşdırılması üzrə təcrübə;
- UiPath üzrə praktiki biliklər;
- SQL bilikləri;
- API inteqrasiyaları (REST/SOAP, JSON/XML) üzrə təcrübə;
- Git və ya oxşar version control sistemləri üzrə biliklər;
- NET / C# və ya Python üzrə baza biliklər (üstünlükdür);
- ERP sistemləri (SAP, 1C və s.), OCR və Power Automate üzrə biliklər (üstünlükdür);
- Güclü analitik düşünmə, problem həll etmə və proaktiv yanaşma;
- Komanda ilə işləmə, məsuliyyət və texniki sənədləşdirmə bacarığı.
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “RPA Proqramçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.