Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis

  • Истекает 6 июнь 2026

Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/PL Məhsulları üzrə AR-GE Şöbəsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə öhdəlikləri:

  • Şəxsi marka tədarükçülərinə məxsus istehsal müəssisələrində təsdiq edilmiş illik audit planına uyğun olaraq planlı auditlərin təşkili və icrası; 
  • Audit nəticələrinin sistemli şəkildə təhlil edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
  • Şikayətlər, aşkar edilmiş uyğunsuzluqlar və digər əsaslar üzrə plandankənar auditlərin həyata keçirilməsi; 
  • Yerli istehsal və idxal olunan qida və qeyri-qida məhsulları üzrə anbar və satış nöqtələrində rəf uyğunluğunun və keyfiyyət göstəricilərinin təhlili; 
  • Məhsullar üzrə laborator analizlərin planlaşdırılması və icrasına nəzarət; 
  • Məhsul spesifikasiyalarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət; 
  • Mövcud/potensial tədarükçülər üzrə bazar və keyfiyyət araşdırmalarının aparılması. 

Vəzifə tələbləri:

  • Qida mühəndisliyi, biologiya, kimya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinq və ya digər uyğun ixtisas üzrə ali təhsil; 
  • İngilis dili – orta, rus dili – yaxşı səviyyədə bilik; 
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi; 
  • ISO 22000:2018, ISO 9001:2015, HACCP və digər beynəlxalq standartlar üzrə bilik və sertifikatların olması üstünlükdür; 
  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı; 
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi. 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə  Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily9
  • Weekly417
  • Monthly550