Texniki dəstək üzrə mütəxəssis

  • Deadline 12 Oktyabr 2025

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunun Texniki və Proqram Dəstəyi Şöbəsinə  “Texniki dəstək üzrə mütəxəssis”  vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

Tələblər:

  • Ali Təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

Vəzifə öhdəlikləri:

  • Şəbəkə Texnologiyaları: TCP/IP, DNS, DHCP, VPN, NAT, routing protokolları (BGP, OSPF, EIGRP) və şəbəkə topologiyalarında nəzəri və praktik bacarıqlar;
  • Avadanlıqların İdarə Edilməsi: Cisco, Juniper kimi şəbəkə cihazları ilə təcrübə;
  • Firewall və Təhlükəsizlik Texnologiyaları: Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə. Wi-Fi Texnologiyaları: Enterprise Wi-Fi konfiqurasiyası və problem həlli;
  • Şəbəkə Monitorinqi: Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;
  • Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;
  • CCNP sertifikatı biliklərinə sahib olmaq ( sertifikat arzuolunandır)
  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək;
  • Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək;
  • Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;
  • Şəbəkə avadanlıqlarının texniki dəstəyi üçün təchizatçılarla ilkin əlaqənin qurulmasında iştirak etmək.
  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək - Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;
  • Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək.

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci Eninə 2
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

  • Daily33
  • Weekly706
  • Monthly1345