Texnologiya və texnoloji hesabatvermə bölmə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnologiya və texnoloji hesabatvermə bölmə müdiri

  • Deadline 22 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  •  Ali təhsil qida sahəsi üzrə və ya texnoloji təhsil
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi olan, rəhbər vəzifələrdə çalışmış şəxs tələb olunur
  • Texnoloji proseslər üzrə biliklərə malik, hesabatların hazırlanması təcrübəsi olan namizəd tələb olunur
  • Analitik düşüncə, komanda idarəetmə bacarığı, təşkilatçılıq və ünsiyyət bacarıqları
  • Kompüter proqramları və hesabat sistemləri ilə işləmək bacarığı
  • Dillər: İngilis dili və ya rus dili sərbəst 
  • MS Office
  • HACCP sertifikatına malik olmaq üstünlükdür
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi haqqında ilkin biliklər və ya sertifikat üstünlükdür

Vəzifə Təlimatı:

  • Təşkilatın texnoloji proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək
  • Texnoloji fəaliyyət üzrə daxili prosedur və təlimatların hazırlanmasına rəhbərlik etmək
  • Texnoloji proseslərin monitorinqini və təhlilini aparmaq, səmərəliliyi artırmaq üçün təkliflər vermək
  • Yeni texnologiyaların və innovativ həllərin tətbiqini təşviq etmək
  • Texnoloji sahədə hesabatların vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək (aylıq, rüblük, illik və xüsusi hesabatlar)
  • İstehsalat və ya xidmət sahəsində texniki normativlərə, texniki təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən digər texnoloji və hesabatvermə ilə bağlı tapşırıqları yerinə yetirmək

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında namizədə uyğun təyin olunur
  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş yeri: H.Əliyev pr., Keşlə qəs.
  • Nahar şirkət tərəfindən təmin olunur

CV-lərinizi “Texnologiya və texnoloji hesabatvermə bölmə müdiri” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly104
  • Monthly104