Tələblər:
- Ali təhsil qida sahəsi üzrə və ya texnoloji təhsil
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi olan, rəhbər vəzifələrdə çalışmış şəxs tələb olunur
- Texnoloji proseslər üzrə biliklərə malik, hesabatların hazırlanması təcrübəsi olan namizəd tələb olunur
- Analitik düşüncə, komanda idarəetmə bacarığı, təşkilatçılıq və ünsiyyət bacarıqları
- Kompüter proqramları və hesabat sistemləri ilə işləmək bacarığı
- Dillər: İngilis dili və ya rus dili sərbəst
- MS Office
- HACCP sertifikatına malik olmaq üstünlükdür
- ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi haqqında ilkin biliklər və ya sertifikat üstünlükdür
Vəzifə Təlimatı:
- Təşkilatın texnoloji proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək
- Texnoloji fəaliyyət üzrə daxili prosedur və təlimatların hazırlanmasına rəhbərlik etmək
- Texnoloji proseslərin monitorinqini və təhlilini aparmaq, səmərəliliyi artırmaq üçün təkliflər vermək
- Yeni texnologiyaların və innovativ həllərin tətbiqini təşviq etmək
- Texnoloji sahədə hesabatların vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək (aylıq, rüblük, illik və xüsusi hesabatlar)
- İstehsalat və ya xidmət sahəsində texniki normativlərə, texniki təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən digər texnoloji və hesabatvermə ilə bağlı tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında namizədə uyğun təyin olunur
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş yeri: H.Əliyev pr., Keşlə qəs.
- Nahar şirkət tərəfindən təmin olunur
CV-lərinizi “Texnologiya və texnoloji hesabatvermə bölmə müdiri” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.