Əsas vəzifə öhdəlikləri:
- Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
- Ərazi ziyarətləri – POS üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, promosyonların və stok səviyyəsinin monitorinqi;
- Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar üzrə ticari planlama hazırlayıb satış komandasına təklif etmək;
- KA və ənənəvi ticarət kanalı müştəriləri üçün brend menecerlərlə koordinasiya qurmaq və kateqoriyanı idarə etmək;
- BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət, hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklərin planlanması və icrasına nəzarət);
- Ticari və istehlakçı təkliflərinin proqnozlaşdırılması və tələbin planlaşdırma komandasına ötürülməsi;
- Ticari aktivliklər üzrə satış hədəflərinə nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;
Vəzifə tələbləri:
- Ali təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Menecment, Marketinq və əlaqəli sahələr;
- Minimum 1 il trade marketing, brand marketing və ya sales təcrübəsi, üstünlük təşkil edir FMCG, pərakəndə və ya distribusiya sektorunda işləmə təcrübəsi
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik; SAP və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- İngilis dili yaxşı səviyyədə, rus dili bilmək üstünlükdür;
- Çoxsaylı layihələri paralel şəkildə idarə etmək və tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətləri qurmaq bacarığı
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.