Ticari Marketinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ticari Marketinq üzrə mütəxəssis

  • Deadline 13 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
  • Ərazi ziyarətləri – POS üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, promosyonların və stok səviyyəsinin monitorinqi;
  • Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar üzrə ticari planlama hazırlayıb satış komandasına təklif etmək;
  • KA və ənənəvi ticarət kanalı müştəriləri üçün brend menecerlərlə koordinasiya qurmaq və kateqoriyanı idarə etmək;
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət, hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklərin planlanması və icrasına nəzarət);
  • Ticari və istehlakçı təkliflərinin proqnozlaşdırılması və tələbin planlaşdırma komandasına ötürülməsi;
  • Ticari aktivliklər üzrə satış hədəflərinə nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;

Vəzifə tələbləri:

  • Ali təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Menecment, Marketinq və əlaqəli sahələr;
  • Minimum 1 il trade marketing, brand marketing və ya sales təcrübəsi, üstünlük təşkil edir FMCG, pərakəndə və ya distribusiya sektorunda işləmə təcrübəsi
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik; SAP və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • İngilis dili yaxşı səviyyədə, rus dili bilmək üstünlükdür;
  • Çoxsaylı layihələri paralel şəkildə idarə etmək və tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətləri qurmaq bacarığı

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily115
  • Weekly297
  • Monthly1103