Veysəloğlu MMC İnformasiya Texnologiyaları Direktorluğunda UX/Uİ Aparıcı Mütəxəssis vakansiyasını elan edir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Şirkətin rəqəmsal məhsullarının (veb sayt, mobil tətbiq və s.) istifadəçi təcrübəsini (UX) təkmilləşdirmək.
- Müasir dizayn standartlarına əsaslanaraq interfeys dizaynlarını (UI) hazırlamaq və optimallaşdırmaq.
- İstifadəçi tədqiqatları aparmaq, məlumat toplamaq və dizayn qərarlarını istifadəçi ehtiyaclarına uyğunlaşdırmaq.
- Prototiplər, wireframe və dizayn maketləri hazırlamaq, onların təsdiqi üçün təqdimatlar etmək.
- Layihə komandası (proqramçılar, analitiklər, məhsul menecerləri) ilə əməkdaşlıq edərək dizaynların düzgün tətbiqini təmin etmək.
- İstifadəçi interfeyslərinin funksionallığını test etmək, A/B testləri aparmaq və nəticələr əsasında təkmilləşdirmələr təklif etmək
- Brendin vizual standartlarına uyğun dizaynların hazırlanmasını təmin etmək.
- UX/UI sahəsində ən son trendləri izləmək və innovativ yanaşmaları layihələrə tətbiq etmək.
- Hazırlanan interfeyslərin müxtəlif cihaz və platformalar üçün uyğunluğunu təmin etmək (responsive dizayn).
- Rəhbərlik tərəfindən verilən digər dizayn və istifadəçi təcrübəsi ilə bağlı tapşırıqları yerinə yetirmək.
- Öz fəaliyyət sahəsində informasiya təhlükəsizliyi qaydalarına əməl etmək.
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Kommersiya və brendə aid məlumatların məxfi saxlanılmasına görə məsuliyyət daşıyır.
- Dizayn keyfiyyətinin şirkət standartlarına uyğun olmamasına görə məsuliyyət daşıyır.
- UX/UI sahəsində etik qaydaların, informasiya təhlükəsizliyi prinsiplərinin pozulmasına görə məsuliyyət daşıyır
- Şirkətin maddi-texniki resurslarından düzgün istifadə edilməməsinə görə məsuliyyət daşıyır.
- Şirkətin rəqəmsal məhsullarının istifadəsinə mənfi təsir göstərə biləcək dizayn səhvlərinə görə məsuliyyət daşıyır
- Qanunvericilik və şirkət qaydaları ilə müəyyən edilmiş səlahiyyətlərdən kənar qərarların nəticələrinə görə məsuliyyət daşıyır.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “UX/Uİ Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.