Vəzifə öhdəlikləri:
- Yerli və xarici müqavilələri (alqı-satqı, icarə, təchizat, xidmət, podrat və s.) hazırlamaq və hüquqi ekspertizasını aparmaq;
- Notariat hərəkətlərinin hazırlanmasında və icrasında təmsilçilik etmək;
- Qanunvericiliyi izləmək və tətbiq etmək;
- Müəssisədaxili sənədləri hazırlamaq və hüquqi ekspertizasını aparmaq;
- Şirkətin struktur bölmələrinə hüquqi məsləhətlər vermək və hüquqi sorğuları cavablamaq;
- Məhkəmə və digər qurumlarda təmsilçilik etmək, iddia ərizələrini, şikayətləri, etirazları, məktubları və digər hüquqi sənədləri hazırlamaq;
- İcra işlərini aparmaq;
- Rəsmi sorğular və şikayətlər üzrə işləri aparmaq;
- Hüquqi şəxslərlə bağlı dövlət qeydiyyatı işlərini aparmaq;
Namizədə tələblər:
- Ali hüquq təhsili.
- Minimum 2 illik korporativ hüquqşünas (və ya şirkətə hüquqi xidmət) təcrübəsi;
- Mülki, əmək, inzibati, cinayət, inzibati xəta, habelə, sahibkarlıq, o cümlədən istehlakçı hüquqları, uyğunluq, standartlar, və digər sahəvi qanunvericilik üzrə biliklər;
- Azərbaycan dili əla səviyyədə,
- İngilis, türk və rus dili (sənədlərlə işləmək və araşdırma aparmaq bacarığı) üstünlükdür
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı Hüquqşünas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.