Veysəloğlu-Rossmann Veysəloğlu-Rossmann
  • 1.1K

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 11 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik mühasibat əməliyyatlarını ERP sistemi üzərindən uçota almaq (jurnal yazıları, debet/kredit əməliyyatları).
  • Bank əməliyyatlarını sistemə daxil etmək və aylıq bank rekonsilyasiyalarını aparmaq
  • Satınalma sənədlərini və təchizatçı fakturalarını sistemə daxil etmək, təchizatçı hesablarının uyğunlaşdırılmasını aparmaq.
  • Satış əməliyyatlarının uçotunun düzgün aparılmasına nəzarət etmək və müştəri hesablarının vəziyyətini izləmək.
  • Yeni alınmış əsas vəsaitlərin uçotunu aparmaq, onların sistemdə qeydiyyatını və kapitalizasiyasını təmin etmək.
  • Əsas vəsaitlər üzrə amortizasiya hesablamalarını aparmaq və aylıq amortizasiya yazılarını formalaşdırmaq.
  • Əsas vəsaitlərin köçürülməsi, silinməsi və ya satışını uçot sistemində düzgün şəkildə əks etdirmək.
  • Əsas vəsaitlərin inventarlaşması prosesində iştirak etmək və faktiki aktivlərin sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
  • Əsas vəsaitlər üzrə aylıq və illik hesabatları hazırlamaq.
  • Aylıq və rüblük maliyyə bağlanması prosesində iştirak etmək və müvafiq hesabatların hazırlanmasına dəstək vermək.
  • Mühasibat uçotu məlumatlarının ERP sistemində düzgün və tam şəkildə aparılmasını təmin etmək.

Namizədə tələblər: 

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq).
  • Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi.
  • Yaxşı səviyyədə MS Excel biliyi
  • Analitik düşüncə, Komandada işləmək bacarığı.
  • Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly436
  • Monthly1007