“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Veysəloğlu-Rossmann Senior Reporting and Financial Specialist