Vəzifə funksiyaları:
- Tədarükçülərlə sifarişlərin idarə olunması və icrasına nəzarət etmək.
- Satınalma sifarişlərini emal etmək və müvafiq tədarükçülərə yönləndirmək.
- Sifarişlərin təsdiqlənməsini və vaxtında çatdırılmasını təmin etmək.
- Tədarükçülərlə əlaqə saxlamaq, müvafiq məlumatları koordinasiya etmək və problemlərin həllində iştirak etmək.
- Sifarişlərin və tədarük proseslərinin sənədləşdirilməsini aparmaq.
- Aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
- Təchizat zəncirinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflər vermək.
- Departament daxilində və digər bölmələrlə effektiv əməkdaşlıq etmək.
Namizədə tələblər:
- Ali təhsil (Sənaye Mühəndisliyi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üstünlükdür).
- Müvafiq sahədə (satınalma, logistika və ya təchizat zənciri idarəçiliyi) 0-1 il iş təcrübəsi.
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı.
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
- Analitik düşünmə qabiliyyəti və detallara diqqət yetirmək bacarığı.
- Yaxşı ünsiyyət, təşkilatçılıq və komandada işləmək bacarığı.
- Müxtəlif sifariş prosesləri və ERP sistemləri ilə işləmə təcrübəsi arzuolunandır.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədarükçü sifarişləri üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.