Veysəloğlu-Rossmann Veysəloğlu-Rossmann
  • 745

Xarici logistika üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xarici logistika üzrə mütəxəssis

  • Deadline 4 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünün (quru, hava, dəniz) seçilməsi.
  • Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqların aparılması
  • İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünün yoxlanılması və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim edilməsi
  • Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
  • Daşıma xərclərinin optimallaşdırılması və büdcəyə uyğunluğunun təmin edilməsi, fakturaların yoxlanılması və maliyyə şöbəsinə təhvil verilməsi;
  • Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarının, həmçinin KPI göstəricilərinin təqdim edilməsi;
  • Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesinin aparılması

Namizədə tələblər: 

  • Ali təhsil(Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
  • Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
  • Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
  • Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici logistika üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily110
  • Weekly555
  • Monthly555