Ərazi üzrə İnşaat Departament Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ərazi üzrə İnşaat Departament Müdiri

  • Deadline 12 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnşaat proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət;
  • Layihələr üzrə proseslərdə lazımi düzəlişlərin edilməsi və optimallaşdırılması;
  • İnşaat sahəsinin idarə edilməsi (layihələr üzrə ayrı-ayrılıqda);
  • Tikinti-quraşdırma işlərinin Azərbaycan Dövlət Tikinti Normaları (AZDTN) və beynəlxalq standartlara uyğun təşkili və nəzarəti;
  • Tender proseslərində podratçılarla texniki görüşlərdə iştirak;
  • Subpodratçıların işlərinə birbaşa nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi;
  • Tikinti-quraşdırma işlərindəki dəyişikliklər üzrə hesabatların hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
  • Sifarişçi və subpodratçı şirkətlər arasında yerinə yetirilmiş işlərin həcminin yoxlanılması və təhvil-təslim aktlarının hazırlanmasında iştirak;
  • Forma-2 sənədlərinin yoxlanılması və təsdiq edilməsinə cavabdehlik;
  • Planlama mühəndisi ilə birlikdə iş qrafiklərinin hazırlanması və işlərin vaxtında icrasına nəzarət;
  • İnşaat sahəsində subpodratçı şirkətlərlə həftəlik texniki iclasların təşkili və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Subpodratçı şirkətlərdən gündəlik və həftəlik iş gedişatı hesabatlarının alınması; 
  • İnşaat sahəsində təhlükəsizlik və keyfiyyət standartlarına riayətin təmin edilməsi.

Tələblər: 

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • 5+ il inşaat sahəsində rəhbər vəzifədə təcrübə;
  • Layihə idarəetmə alətlərində (məsələn, Primavera P6, MS Project) işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı;
  • Güclü liderlik, kommunikasiya və problem həll etmə bacarıqları.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftə içi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Ərazi üzrə İnşaat Departament Müdiri” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Daily31
  • Weekly670
  • Monthly550