Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- React.js framework-ü əsasında müasir və yüksək performanslı veb tətbiqlərin hazırlanması.
- Komponent əsaslı arxitekturanın qurulması və idarə olunması.
- Redux və ya Redux Toolkit ilə vəziyyət idarəetmə mexanizmlərinin tətbiqi.
- RESTful API və ya GraphQL ilə inteqrasiya proseslərinin həyata keçirilməsi.
- Müxtəlif cihazlara uyğunlaşan və responsiv dizaynların hazırlanması.
- Git ilə versiya nəzarətinin aparılması və komanda daxilində əməkdaşlıq.
Tələblər:
- Kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil (arzuolunandır).
- Front-end sahəsində minimum 2+ il iş təcrübəsi.
- React.js üzrə mükəmməl biliklər.
- JavaScript (ES6+), TypeScript və müasir veb texnologiyalar üzrə təcrübə.
- HTML5 və CSS3 üzrə dərin biliklər, həmçinin Sass və ya Less ilə işləmə bacarığı.
- Responsive dizayn və cross-browser compatibility prinsipləri haqqında bilik.
- İngilis dilində texniki sənədləri oxumaq və başa düşmək bacarığı.
Üstünlük verilən bacarıqlar:
- Node.js, Next.js və ya digər backend texnologiyaları ilə təcrübə.
- UI/UX prinsipləri haqqında bilik və Figma kimi dizayn alətləri ilə tanışlıq.
- Test avtomatlaşdırılması (unit və inteqrasiya testləri).
- Docker və ya digər konteynerləşdirmə texnologiyaları ilə tanışlıq.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Front-end Developer” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.