Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Kommersiya, ofis və yaşayış sahələrinə yeni icarəçilərin cəlb olunması;
- Mövcud icarəçilərlə münasibətlərin müsbət istiqamətdə inkişaf etdirilməsi;
- İcarə sahələri üzrə gəlirlərin artırılması istiqamətində yeni həllərin tapılması;
- Müştəri bazasının toplanması - müştəri xidmətinin səviyyəsinin yüksək saxlanılması;
- ikayətlərlə peşəkarlıqla məşğul olmaq, müsbət həll yolları ilə bağlı təkliflərin hazırlanması;
- Marketinq, Mühasibatlıq, Hüquq və Mühəndislik şöbələri ilə daim əməkdaşlıq;
- Borcların izlənilməsi, portfel üzrə debitor borcların minimum səviyyədə saxlanılmasını təmin
Tələblər:
- İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketing və digər uyğun sahələr üzrə ali təhsil;
- Xidmət satışı sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili - səlis, ingilis dili üstünlükdür
- MS Office proqramları biliyi, Power Point;
- Analitik hesabat bacarıqları;
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İcarə üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.