Vəzifə öhdəlikləri:
- Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək
- Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
- Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən təhlükəsizlik insidentlərini idarə etmək
- Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
- Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək
- Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
- SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq
- -Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin tətbiqində iştirak etmək
- Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
- Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək
- Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək
- İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək
Tələblər:
- DLP həlləri ilə bağlı iş təcrübəsi;
- EDR həlləri ilə işləmə bacarığı;
- SIEM həlləri ilə bağlı iş təcrübəsi;
- Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
- Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
- Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
- Azure Cloud bilikləri (arzuolunandır);
- Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
- Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklər;
- Komandada işləmə bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.