İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

  • Deadline 13 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək
  • Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
  • Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən  təhlükəsizlik insidentlərini idarə etmək
  • Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
  • Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək
  • Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
  • SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq
  • -Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin  tətbiqində iştirak etmək
  • Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək
  • Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək
  • İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək

Tələblər:

  • DLP həlləri ilə bağlı iş təcrübəsi;
  • EDR həlləri ilə işləmə bacarığı;
  • SIEM həlləri ilə bağlı iş təcrübəsi;
  • Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
  • Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
  • Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
  • Azure Cloud bilikləri (arzuolunandır);
  • Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
  • Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklər;
  • Komandada işləmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Daily95
  • Weekly178
  • Monthly1835