Veyseloglu Group of Companies "Korporativ Kommunikasiyalar Üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)" vakansiyasını açıq elan edir.
Namizədə tələblər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında sərbəst işləmək bacarığı;
- Qrafik Motion Dizayner olaraq iş təcrübəsi üstünlükdür;
- Süni intellekt (AI) əsaslı dizayn və video alətlərindən istifadə bacarığı;
- Çap materialları və onların istehsal prosesinin texniki tələbləri barədə biliklər;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür;
- Yaradıcı düşüncə, yüksək vizual zövq və detallara diqqət;
Vəzifə Öhdəlikləri
- Şirkətin daxili və xarici kommunikasiya strategiyasına uyğun olaraq korporativ kommunikasiya kanallarının fəaliyyətini və aylıq kontent planlarını hazırlamaq, icrasını koordinasiya etmək;
- Müxtəlif kommunikasiya kanallarının xüsusiyyətlərinə və hədəf auditoriyasına uyğun yaradıcı mətn, vizual və qısa video məzmunlar hazırlamaq;
- Korporativ elanlar, məlumatlandırıcı materiallar, kampaniyalar və xüsusi günlər üçün vizual konsepsiyalar hazırlamaq;
- Animasiya, infoqrafika, dinamik təqdimat, video keçidlər, titrlər və digər motion dizayn materialları hazırlamaq;
- Qısa videoların montajını həyata keçirmək, rəng və səs korreksiyası aparmaq, subtitr və qrafik elementlər əlavə etmək;
- Korporativ tədbirlər, daxili layihələr və kommunikasiya kampaniyaları üçün yaradıcı konsepsiyalar formalaşdırmaq, bu konsepsiyalara uyğun rəqəmsal və çap vizualları hazırlamaq;
- Broşür, buklet, kataloq, poster, banner, roll-up, təqdimat, dəvət kartı, sertifikat, məlumat lövhəsi və digər promo materialların dizaynını hazırlamaq;
- Çap materiallarını texniki tələblərə uyğun istehsala hazırlamaq, onların rəng, ölçü, format və keyfiyyət göstəricilərini yoxlamaq;
- Bütün vizual materiallarda brend kitabçasının tələblərinə, o cümlədən loqo, korporativ rəng, tipoqrafiya, foto və illüstrasiya üslubuna uyğunluğu təmin etmək;
- məhsulun təsdiqlənmiş dizayna və brend kitabçasına uyğunluğunu yoxlamaq;
- Müasir qrafik və motion dizayn, video və rəqəmsal kommunikasiya trendlərini izləyərək innovativ həllər təklif etmək;
- Süni intellekt (AI) alətlərindən istifadə etməklə kommunikasiya materiallarının hazırlanması prosesini optimallaşdırmaq və yaradıcı həllər təqdim etmək.
İş Şərtləri
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis ” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.