Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)

  • Истекает 17 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Veyseloglu Group of Companies "Korporativ Kommunikasiyalar Üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)" vakansiyasını açıq elan edir.

Namizədə tələblər

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında sərbəst işləmək bacarığı;
  • Qrafik Motion Dizayner olaraq iş təcrübəsi üstünlükdür;
  • Süni intellekt (AI) əsaslı dizayn və video alətlərindən istifadə bacarığı;
  • Çap materialları və onların istehsal prosesinin texniki tələbləri barədə biliklər;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Yaradıcı düşüncə, yüksək vizual zövq və detallara diqqət;

Vəzifə Öhdəlikləri

  • Şirkətin daxili və xarici kommunikasiya strategiyasına uyğun olaraq korporativ kommunikasiya kanallarının fəaliyyətini və aylıq kontent planlarını hazırlamaq, icrasını koordinasiya etmək;
  • Müxtəlif kommunikasiya kanallarının xüsusiyyətlərinə və hədəf auditoriyasına uyğun yaradıcı mətn, vizual və qısa video məzmunlar hazırlamaq;
  • Korporativ elanlar, məlumatlandırıcı materiallar, kampaniyalar və xüsusi günlər üçün vizual konsepsiyalar hazırlamaq;
  • Animasiya, infoqrafika, dinamik təqdimat, video keçidlər, titrlər və digər motion dizayn materialları hazırlamaq;
  • Qısa videoların montajını həyata keçirmək, rəng və səs korreksiyası aparmaq, subtitr və qrafik elementlər əlavə etmək;
  • Korporativ tədbirlər, daxili layihələr və kommunikasiya kampaniyaları üçün yaradıcı konsepsiyalar formalaşdırmaq, bu konsepsiyalara uyğun rəqəmsal və çap vizualları hazırlamaq;
  • Broşür, buklet, kataloq, poster, banner, roll-up, təqdimat, dəvət kartı, sertifikat, məlumat lövhəsi və digər promo materialların dizaynını hazırlamaq;
  • Çap materiallarını texniki tələblərə uyğun istehsala hazırlamaq, onların rəng, ölçü, format və keyfiyyət göstəricilərini yoxlamaq;
  • Bütün vizual materiallarda brend kitabçasının tələblərinə, o cümlədən loqo, korporativ rəng, tipoqrafiya, foto və illüstrasiya üslubuna uyğunluğu təmin etmək;
  • məhsulun təsdiqlənmiş dizayna və brend kitabçasına uyğunluğunu yoxlamaq;
  • Müasir qrafik və motion dizayn, video və rəqəmsal kommunikasiya trendlərini izləyərək innovativ həllər təklif etmək;
  • Süni intellekt (AI) alətlərindən istifadə etməklə kommunikasiya materiallarının hazırlanması prosesini optimallaşdırmaq və yaradıcı həllər təqdim etmək.

İş Şərtləri

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (Həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis xidməti Mövcuddur

Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis ” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily121
  • Weekly121
  • Monthly1306