Mexanika mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika mühəndisi

  • Deadline 2 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

  • Layihələrin texniki sənədlərinin, planlarının və spesifikasiyalarının dəqiq və standartlara uyğun olmasını təmin etmək.
  • Mexanika layihələri üzrə iş həcmlərinin dəqiq hesablamalarını aparmaq, resurs planlaşdırmasını həyata keçirmək.
  • Layihə tələblərinə uyğun mexaniki avadanlıqların seçilməsi və bu seçimlərin texniki və iqtisadi cəhətdən optimal olmasını təmin etmək.
  • Layihənin icra mərhələsində podratçı şirkətlərin işinə yerində nəzarət etmək, keyfiyyətə və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
  • Layihənin tamamlanma mərhələsində işlərin yoxlanılmasını və layihənin rəsmi şəkildə təhvil verilməsini təşkil etmək.

Tələblər:

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük təşkil edir).
  • Mexanika layihələrinin idarə edilməsi və yoxlanılmasında minimum 3-5 il iş təcrübəsi.
  • Texniki sənədlərin hazırlanması və avadanlıq seçimi üzrə dərin biliklər.
  • Layihə idarəetmə alətləri (MS Project, AutoCAD və ya oxşar proqramlar) ilə işləmə bacarığı.
  • Azərbaycan, dilində səlis ünsiyyət bacarığı (ingilis dili üstünlükdür).
  • Analitik düşünmə, problem həll etmə bacarığı və komandada işləmə qabiliyyəti.
  • Sıx iş rejimində effektiv işləmə və müddətlərə riayət etmək bacarığı.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Mexanika mühəndisi” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly483
  • Monthly487