Funksiya: Çilingər-Mexanik — mexaniki avadanlıqların texniki baxışını, təmirini və sazlanmasını həyata keçirərək onların fasiləsiz və təhlükəsiz işləməsini təmin edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki:
- 08:00-16:00
- 08:00-16:00
- 08:00-16:00
- 08:00-16:00
- 08:00-16:00
- 08:00-13:00
- 1 gün istirahət günü
Ümumi məlumat:
Çilingər-Mexanik — istehsalat avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, təmir və sazlama işlərini həyata keçirir, avadanlıqların təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edir.
Vəzifə funksiyaları:
- Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
- Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
- Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
- Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
- Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək.
- Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
- Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
- Qol boru və keçidləri yerində hazırlamaq
- Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq .
- Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
- Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
- Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək Əsas iş münasibətləri: Qrupa daxil olan bütün şirkətlər və struktur bölmələri.
Vəzifə tələbləri:
- Tələb olunan sahədə minimum 1 il təcrübə
- Daxili nizam-intizam qaydalarına əməl etmək
- Fiziki cəhətdən sağlam olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Nəqliyyat xidməti;
- Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV mövzu bölməsində “Çilingər-Mexanik ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.