Funksiya: Elektromexanik — müəssisənin elektrik və elektromexaniki avadanlıqlarının düzgün və təhlükəsiz istismarını, texniki baxışını və təmirini təmin edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki:
- 07:00–19:00 – 2 gün
- 19:00–07:00 – 2 gün
- 2 gün – İstirahət günü
Ümumi məlumat:
Elektromexanik vəzifəsi üzrə elektrik və mexaniki avadanlıqların texniki xidmətinin, nasazlıqların aradan qaldırılmasının və avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi.
Vəzifə funksiyaları:
- Gərginliyi 15 KV-dan yuxarı olan müxtəlif tipli yüksək gərlinlikli elektrik maşın və aparatların sökülməsi, əsaslı təmiri, yığılması, quraşdırılması və mərkəzləşdirilməsi proseslərini icra etmək1,2 Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sexlərinə və sahələrinə xidmət etmək
- Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin, mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal emalı avadanlıqlarının vacib və eksperimental elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi proseslərini icra etmək
- Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu qurğuları olan iqnitronlu aparatlara və tranzistorlu və məntiqi elementlərdə, yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət etmək və onları sazlamaq
- Ölçü transformatorlarının dəqiqlik sinfini yoxlamaq
- Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi işlərini icra etmək
- Yüksək gərginlikli kabel şəbəkələrində epoksid ucları ayırmaq, mis və alüminium kabellər arasında birləşdirici muftaları montaj etmək
- Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərini, aparatlarını və transformatorlarını kompleks sınaqdan keçirmək
- Təmir edilmiş elektrik avadanlıqlarını istismara təhvil vermək
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək
- Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından
Vəzifə tələbləri:
- Tələb olunan sahədə minimum 1 il təcrübə
- Daxili nizam-intizam qaydalarına əməl etmək
- Fiziki cəhətdən sağlam olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Nəqliyyat xidməti;
- Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV mövzu bölməsində “Elektromexanik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.