Vibe&Wave Vibe&Wave
  • 530

Vibe&Wave

Media

İnzibati işlər üzrə köməkçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati işlər üzrə köməkçi

  • Deadline 2 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza həm ofis daxilində inzibati işlərdə dəstək göstərə biləcək, həm də çəkiliş günlərində videoqraf komandamıza kömək edəcək əməkdaş axtarırıq.
Təcrübə tələb olunmur — bütün proseslər iş yerində praktiki şəkildə öyrədiləcək.
Əsas tələblər: məsuliyyət, komanda ilə işləmə bacarığı, operativlik, fiziki aktivliyə uyğunluq və əlbəttə ki, yüksək kommunikasiya bacarığıdır. Bu xüsusilə vacibdir, çünki əməkdaş müxtəlif tərəflərlə sıx təmasda olacaq.

İş rejimi

  • Həftə içi 5 iş günü
  • 10:00 — 19:00
  • 1 saat nahar fasiləsi
  • Full-time (ofisdaxili iş + çəkiliş günlərində sahə işi)

Tələblər

  • Fiziki əmək qabiliyyəti
  • Yüksək məsuliyyət və operativlik
  • Komanda ilə işləmə bacarığı
  • Güclü kommunikasiya bacarıqları (müxtəlif tərəflərlə ünsiyyət üçün vacibdir)
  • Tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək
  • Təhsil pilləsi və sahə üzrə təcrübə tələb olunmur

Vəzifə öhdəlikləri

İnzibati (ofisdaxili) və təşkilati işlər:

  • Şirkət bölmələrinin fəaliyyətinin təmin olunması üçün avadanlıq, texnika, mal və material tələbatının qarşılanmasına dəstək
  • Təsərrüfat və gündəlik inzibati tapşırıqların icrası
  • Müxtəlif tədbirlərin təşkilati hissəsində iştirak və texniki dəstək
  • Kiçik logistika və satınalma proseslərində inzibati yardım
  • Ofisdaxili tapşırıqların koordinasiyası

Videoqraf köməkçiliyi:

  • Çəkilişlərdə videoqraflara texniki və təşkilati dəstək
  • Avadanlıqların daşınması, qurulması və toplanması
  • Çəkiliş prosesinə hazırlıq işlərində iştirak
  • Mühitə uyğun çevik və operativ yardım

Bu sahədə təcrübə tələb olunmur — bütün proseslər komanda tərəfindən öyrədiləcək.

"Bu iş tam mənlikdir" deyirsənsə, öz CV-ni " İnzibati işlər üzrə köməkçi " başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndər.
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.

  • Daily89
  • Weekly400
  • Monthly1579