Komandamıza həm ofis daxilində inzibati işlərdə dəstək göstərə biləcək, həm də çəkiliş günlərində videoqraf komandamıza kömək edəcək əməkdaş axtarırıq.
Təcrübə tələb olunmur — bütün proseslər iş yerində praktiki şəkildə öyrədiləcək.
Əsas tələblər: məsuliyyət, komanda ilə işləmə bacarığı, operativlik, fiziki aktivliyə uyğunluq və əlbəttə ki, yüksək kommunikasiya bacarığıdır. Bu xüsusilə vacibdir, çünki əməkdaş müxtəlif tərəflərlə sıx təmasda olacaq.
İş rejimi
- Həftə içi 5 iş günü
- 10:00 — 19:00
- 1 saat nahar fasiləsi
- Full-time (ofisdaxili iş + çəkiliş günlərində sahə işi)
Tələblər
- Fiziki əmək qabiliyyəti
- Yüksək məsuliyyət və operativlik
- Komanda ilə işləmə bacarığı
- Güclü kommunikasiya bacarıqları (müxtəlif tərəflərlə ünsiyyət üçün vacibdir)
- Tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək
- Təhsil pilləsi və sahə üzrə təcrübə tələb olunmur
Vəzifə öhdəlikləri
İnzibati (ofisdaxili) və təşkilati işlər:
- Şirkət bölmələrinin fəaliyyətinin təmin olunması üçün avadanlıq, texnika, mal və material tələbatının qarşılanmasına dəstək
- Təsərrüfat və gündəlik inzibati tapşırıqların icrası
- Müxtəlif tədbirlərin təşkilati hissəsində iştirak və texniki dəstək
- Kiçik logistika və satınalma proseslərində inzibati yardım
- Ofisdaxili tapşırıqların koordinasiyası
Videoqraf köməkçiliyi:
- Çəkilişlərdə videoqraflara texniki və təşkilati dəstək
- Avadanlıqların daşınması, qurulması və toplanması
- Çəkiliş prosesinə hazırlıq işlərində iştirak
- Mühitə uyğun çevik və operativ yardım
Bu sahədə təcrübə tələb olunmur — bütün proseslər komanda tərəfindən öyrədiləcək.
"Bu iş tam mənlikdir" deyirsənsə, öz CV-ni " İnzibati işlər üzrə köməkçi " başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndər.
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.