Vəzifə öhdəlikləri:
- İşçilər arasında əmək intizamını və peşəkar münasibətləri qorumağa nəzarət etmək.
- Müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinin davamlı olaraq izlənməsi və inkişaf etdirilməsi üçün təkliflər vermək.
- Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.
- İşçi heyətinin idarə olunması və motivasiyası
- Müştəri məmnuniyyətinin təmin olunması
- Təchizat, təmizlik və xidmət standartlarına nəzarət
- Menecment və rəhbərlik komandası ilə effektiv əməkdaşlıq
Tələblər:
- Minimum 2 il restoran sahəsində rəhbər vəzifədə iş təcrübəsi
- Komanda idarəetmə və liderlik bacarıqları
- Təşkilati və analitik düşünmə qabiliyyəti
- Yüksək ünsiyyət və xidmət mədəniyyəti
- Gərgin iş rejimində işləmə bacarığı
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür
- MS Office proqramlarında işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: Həftə içi 6 gün (08:00 - 17:00);
- İş yeri: Azure Business Mərkəzi
- Əmək haqqı: 800 AZN + satış %
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Zəhmət olmasa, CV-nizi mövzu yerində “Administrator” vəzifəsini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərin.